Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlham Əliyev və Paşinyan gələn həftə Brüsseldə görüşəcək

İlham Əliyev və Paşinyan gələn həftə Brüsseldə görüşəcək


Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın avqustun 31-də Brüseldə görüşü planlaşdırılır. Newscenter.az anews.az-a istinadən xəbər verir ki, bu barədə "Sputnik Armeniya" məlumat yayıb.

Ermənistan hökuməti bu məlumatı təsdiq edib. Rəsmi Bakı isə hələlik məsələyə münasibət bildirməyib.

İki ölkə liderinin görüşü Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə baş tutacaq.

Siyasi şərhçi Elxan Şahinoğlu bildirib ki, bu görüşdən əsas gözlənti dəhlizlə bağlıdır.

"Əslində Brüsseldə liderlərin görüşü olmalı idi. Çünki may ayının 22-də Brüsseldə Avropa İttifaqının rəhbərinin vasitəsi ilə İlham Əliyev və Paşinyan arasındakı görüşdə belə qənaətə gəlinmişdi ki, iyul və ya avqustda yenidən görüş olunacaq. Rəsmi Moskva görüş yeri üçün Brüsseli qabaqlamaq istəyirdi. Amma harada olmasından asılı olmayaraq bizim üçün əsas məsələ dəhlizin açılmasını sürətləndirmək, sərhəd məsələsi ilə bağlı komissiya işini yekunlaşdırmaq və nəhayət Ermənistanla sülh sazişi imzalamaqdır. Amma Ermənistan məsələləri ləngidir, Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir. Belə olan halda Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanımayacaq”, - şərhçi əlavə edib.

Deputat Fazil Mustafanın fikrincə, bu görüşdə bilinən tək məsələ "10 noyabr" bəyanatının müzakirə edilməsidir.

"Bu müzakirə nəticəsində Azərbaycan gördüyü işləri ortaya qoyacaq. Ermənistan da bunu etməlidir. Ermənistan Zəngəzur layihəsini təqdim etməlidir. Əgər etməsə, problem olduğu kimi qalacaq”, - millət vəkili bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyanın mayın 22-də sonuncu Brüsseldə görüşü olub. İlk əvvəl Şarl Mişel İlham Əliyev və Paşinyanla təkbətək görüşüb. Daha sonra isə üçtərəfli görüş baş tutub.

İlham Əliyev və Nikol Paşinyan mayın 22-dən əvvəl aprelin 6-da Brüsseldə görüşüblər. Onlar aprelin sonuna qədər ikitərəfli sərhəd komissiyasının yaradılması barədə razılığa gəlsələr də, bu məsələ ilə bağlı konkret addımlar atılmayıb.

Brüsseldə Aİ, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü 2021-ci il dekabrın 14-də başlayıb Bu görüş zamanı Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası ilə bağlı hər iki tərəf müvəqqəti işçi qrupun yaradılması ilə bağlı razılığa gəliblər. Eyni zamanda, kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələsi həmin vaxt geniş müzakirə olunub. Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq edib və bildirilib ki, Ermənistan tərəfi dəmir yolunun çəkilişinə tezliklə start verəcək. Burada gömrük və sərhəd nəzarət məsələlərinin qarşılıqlı prinsip əsasında təmin olunması barədə razılığa gəlinib.

Cari il aprelin 29-da razılaşdırılmış növbəti görüşü isə Ermənistan tərəf ləğv edib.
Xəbəri paylaş