Neftin fyuçers qiymətlərinin tələb-təklif balansına əsaslanmadan formalaşması tendensiyası yüksək volatillik və neft bazarında likvidliyin azalması, qeyri-sabitliklə nəticələnir.
Newscenter.az-ın məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov özünün “Tvitter” hesabında qeyd edib.
Onun sözlərinə görə, bu, geosiyasi faktorlarla dərinləşən qlobal enerji böhranı dövründə neft bazarının iştirakçıları üçün arzuolunmaz vəziyyətdir.
Nazir bildirib ki, Səudiyyəli həmkarı, şahzadə Əbdül Əziz bin Salman Əl-Səudun bu xüsusda, narahatlığını bölüşür, yüksək volatillikdən əziyyət çəkən neft bazarı üçün nəticələri minimuma endirmək məqsədilə “OPEC plus” çərçivəsində gələcək təşəbbüslərlə bağlı həmrəyliyini bildirir: “Azərbaycan dünya neft bazarının sabitləşdirilməsində səmərəli və təsirli tənzimləmə mexanizminə malik “OPEC plus” fəaliyyətini hər zaman dəstəkləyir”.