Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) monitorinqləri zamanı qanunsuz heyvan kəsimi aparan obyektlərin konstruksiyaları sökülüb.
Bu barədə Newscenter.az-a AQTA-dan məlumat verilib.
Belə ki, AQTA) avqustun 24-də Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 12 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 30 məntəqədə isə kəsim qurğuları sökülüb.