44 gün davam edən ikinci Qarabağ müharibəsi, Cənubi Qafqazda cərəyan edən geosiyasi prosesləri, situasiyaları sürətli şəkildə dəyisməyə zəmin yaratdı və bu zəmin həm də müttəfiq sayılan ölkələri münasibətlərin dəyişməsinə məcbur etdi.
Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən siyasi şərhçi Çingiz Şahbazi deyib ki, Azərbaycan tərəfi artıq diqtə edən tərəfə çevrilib və rəsmi Bakı Ermənistanla keçirilən bütün görüşlərində qalib və üstün tərəf kimi bu siyasəti parlaq şəkildə həyata keçirir:
"Bu gün 26- avqust Laçın rayonu və ətraf kəndlərin azad olunması bunun nümunəsidir. Ermənistan və onun havadarları artıq başa düşürlər ki, məğlub olublar. Onların puç xəyalları mümkünsüzdür. Məhz növbəti mərhələ yekun sülh müqaviləsi ətrafında davam etdiriləcək. Bu müqavilə Cənubi Qafqaza yeni nəfəs verəcək.Bunun üçün Azərbaycan tərəfi əşəbbüs irəli sürüb və Ermənistanın cavabını gözləyir. Əks təqdirdə, Azərbaycan ordusu məsələyə münasibət bildirməli olacaq. Çünki ,10 noyabr 2020 ildə imzalanmış üçtərəfli saziş ,faktiki olaraq Ermənistan tərəfinin kaputilyasiyası idi. Bu saziş, şanlı ordumuza bütün imkanları verir".
Mehman