Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Bundan sonra da Ulu Öndərin dövlətçilik ideyalarına sədaqətlə xidmət edəcəyəm"

"Bundan sonra da Ulu Öndərin dövlətçilik ideyalarına sədaqətlə xidmət edəcəyəm"


Ədliyyə Nazirliyi Penitensiar xidmət əməkdaşları xalqımızın tərəqqisi naminə milli dövlətçiliyimizə, dövlət başçısının həyata keçirdiyi siyasətə həmişə dəstək verir, qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunması, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyinin artırılması üçün zəruri tədbirlər görürlər. Penitensiar xidmətdə çalışan əməkdaşın işi öz-özlüyündə çox maraqlıdır. Üstəlik də yaradıcı işdir. Çünki cinayət törətmiş və məhkəmə hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər bir-birinə bənzəmir və onlarla ünsiyyət ciddi yaradıcılıq tələb edir. Penitensiar xidmət əməkdaşı hər şeydən əvvəl insanın qəlbini və düşüncəsini oxumağı bacaran psixoloq olmalı, hər kəsə fərdi yanaşmağı bacarmalıdır və bilməlidir ki, onun üzərinə böyük məsuliyyət düşür. Axı hər bir cinayət törədən şəxs insandır və hər bir cinayətkar dərk etməlidir ki, törətdiyi əməl cəzasız qalmayacaqdır.

Penitensiar xidmət əməkdaşını digər hüquqmühafizə orqan əməkdaşlarından fərqləndirən xüsusiyyət təkcə yüksək peşəkarlığı deyil, həm də qəbul etdiyi qərarların dürüstlüyünə olan inam və etibardır. Hər bir əməkdaş Dövlətin cəza-icra siyasətini həyata keçirdikdə anlamalıdır ki, onun funksional vəzifəsini icra etdiyi zaman qəfləti qəbul etdiyi qərar öz miqyasına görə ölkə əhəmiyyətli olmaqla geniş ictimai rezonans doğura bilər. Bu səbəbdən də hər bir əməkdaş ən mürəkkəb, ən dolaşıq işlərdə Qanunun aliliyi prinsipinə ciddi riayət etməyə borcludur.

Əminliklə deyə bilərəm ki, bu gün xidmət edən savadlı və təcrübəli əməkdaşlar xidməti vəzifənin icrası zamanı öz dəmir iradə və qətiyyətlərini göstərməklə, öz daxili inamını qoruyub saxlayır, haqqın-ədalətin təntənəsinə nail olağı bacarmaqla, dövlətçiliyimizin keşiyində ayıq-sayıq dayanaraq qanunçuluğun təmin edilməsində, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasında, cinayətkarlığa qarşı mübarizədə sanballı rol oynayır, əsl peşəkarlıq nümunəsi göstərirlər. Son illər həyata keçirilən islahatlar nəticəsində daha səmərəli işləmək imkanı qazanmış Ədliyyə Nazirliyi Penitensiar xidmət əməkdaşı öz vəzifələrini layiqincə yerinə yetirirlər.

Məndə öz növbəmdə bundan sonra da şərəfli peşəmin prinsiplərinə və Ulu Öndərin dövlətçilik ideyalarına sədaqətlə xidmət edəcəyəm.

Əli İbrahimov-hüquqşünas
Xəbəri paylaş