Azərbaycanla Qazaxıstan arasındakı əlaqələr qədim tarixi köklərə malikdir və hər iki dövlət daima bir-birinin yanında olmuş və bir-birini dəstəkləmişdir. Ölkələrimiz arasındakı əlaqələr günbəgün daha da dərinləşir və hər bir sahə üzrə dinamik şəkildə inkşaf edir. Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycan Respublikasına rəsmi səfəri iki ökə arasındakı əlaqələrin gələcək inkşafına böyük töhvə vermiş olacaqdır. Səfər çərçivəsində 20-dən artıq sənəd imzalanmışdır ki, bu da tarixi səfərin məhsuldarlığının və səmərəliliyinin göstəricisidir. İmzalanmış sənədlər içərisində “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” xüsusi əhəmiyyətə malikdir. Beləki, Bəyənnamə ölkələrimiz arasındakı əlaqələrin gələcək inkşafında baza rolunu oynayacaqdır.
Bunu Newscenter.az-a[/b] Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, səfər zamanı yadda qalan əsas tarixi hadisələrdən biri də Qazaxıstan Respublikasının Prezidenti cənab Kasım-Jomart Tokayev tərəfindən ölkə başçısı, cənab prezidentimiz İlham Əliyevin Qazaxıstan Respublikasının “Altın kıran” - “Qızıl qartal” ali ordeni ilə təltif edilməsi oldu. Azərbaycan prezidentinin Qazaxıstan Respublikasının “Altın kıran” - “Qızıl qartal” ali ordeni ilə təltif edilməsi cənab prezidentimiz İlham Əliyevin həyata keçirdiyi müdrik və uzaqgörən siyasətə verilən növbəti dəyərin göstəricisidir. Ölkə başçısı, cənab prezidentimiz İlham Əliyev tərəfindən irəli sürülən, inkşafa, tərəqqiyə hesablanmış təşəbbüslər dünya ictimaiyyəti tərəfindən təqdir edilir və yüksək qiymətləndirilir:
“Ümumi mənada Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə səfəri, səmərəli və məhsuldar olmaqla yanaşı, iki ölkə arasındakı əlaqələrin gələcək inkşafı baxımından böyük əhəmiyyət kəsb edən səfər kimi tarixə həkk oldu”
[b]Ruhiyyə