Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ və Fransa səfirlərinin Şuşaya dəvəti qəbul etməmələrinin arxasında separatçı rejimə dəstək durur

ABŞ və Fransa səfirlərinin Şuşaya dəvəti qəbul etməmələrinin arxasında separatçı rejimə dəstək durur


"ABŞ və Fransa səfirlərinin Şuşaya dəvəti qəbul etməmələrinin arxasında separatçı rejimə dəstək durur. Dolayısı ilə bu iki ölkənin səfirləri, birbaşa ölkələrinin siyasi niyyətlərini həyata keçirir və Azərbaycanın ərazi bütövlüyü şübhə altına alınır".

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Çingiz Şahbazi səsləndirib. O bildirib ki, səfirlərin bu addımı ölkəmizin bütün təbəqələrində təəssüf hissi ilə qarşılanıb:

"Sözsüz ki, hökumət onlara yönəlik öz iradlarını da bildirmişdir. Bütün bunlarla yanaşı ABŞ və Fransa hökumətləri, bir daha düşünməli və münaqişənin həllinin son verilməsinə maneə olmamalıdırlar. Əslində bu həm Ermənistanın, həm də Azərbaycanın xeyrinə olardı. Çünki, regionda cərəyan edən hadisələr fonunda, vəziyyətin daha da ağırlaşdırılmasına xidmət göstərən addımlar məhz bu regionda yaşayan xalqlara və insanlara daha çox təsir göstərəcəkdir. Bunun isə indiki durumda çox ağır nəticələri həm Ermənistanın, həm də Azərbaycanın üzərinə düşməsi qaçılmazdır".

Mehman
Xəbəri paylaş