Bu gün tam əminliklə söyləmək olar ki, yüksək dövlət vəzifəsində fəaliyyət göstərən Mehriban xanım Prezidentin də, ona inanan, ümid bəsləyən insanların da etimadını layiqincə doğruldur. Gündəlik fəaliyyətində insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribanlıq meyarlarını əsas götürür, fəaliyyətini məhz bu prinsiplər üzərində qurur, milli-mənəvi dəyərləri daim uca tutur. Onun ömür yolu, sözün əsl mənasında, Vətənə və xalqa xidmət nümunəsidir.
Onun təşəbbüsü ilə Ermənistan-Azərbaycan münaqişəsi barədə həqiqətlərin, mədəniyyətimizin, dövlətçilik ənənələrimizin, tariximizin dünyada təbliği sahəsində məqsədyönlü iş aparılır. 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsinin gedişində Azərbaycanın haqlı mövqeyinin nümayişi, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan düşmənin dinc sakinləri hədəf alan hücumlarının beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində əməli addımlar atılıb. Mötəbər beynəlxalq qurumlarda, dünyanın müxtəlif ölkələrində sərgilər, mədəniyyət gecələri və digər tədbirlər təşkil olunub. Avropa Parlamentinin mənzil-iqamətgahında, Afinada, Kannda Azərbaycan mədəniyyəti günləri keçirilib, Parisdə Azərbaycan Mədəniyyət Mərkəzi açılıb.
Mehriban xanım Əliyevanın qərarları Vətəninin tərəqqisinə xidmət edir, ölkəsinin mədəniyyətinin, təhsilinin, idmanının inkişafı üçün yorulmadan çalışır. Heydər Əliyev Fondunun xətti ilə, hətta respublikamızın ən ucqar nöqtəsində belə inşa və bərpa edilən məktəb binaları, səhiyyə və tibb məntəqələri buna misal ola bilər.
Onu da qeyd etmək istərdim ki, bir iş adamı kimi çox sevinirəm ki, mənə də bu nəcib işdə Heydər Əliyev fondunun sifarişi ilə Masallının Təzəkənd kəndində müasir tələblərə uyğun orta məktəbin tikilməsi missiyası nəsib olub. Məktəbin açılışında şəxsən Vitse-prezident Mehriban xanşm Əliyevanın iştirakı mənim və təzəkəndlilərin yaddçında silinməyən iz buraxıbb. Məktibin aşılışı zamanı Mehriban xanımın məktəb barədə dediklərini isə, əməyimə verdiyi ən yüksək qiymət idi. Mehriban Əliyeva: ...Azərbaycanın ən gözəl məktəblərindən biri...
Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edir, Azərbaycanda sosial təminat sisteminin daha güclənməsi, iqtisadi islahatların dərinləşməsi, idarəetmə sistemin çevikliyin artırılması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması kimi çoxşaxəli fəaliyyətində uğurlar arzulayırıq!
Gülağa Tənha-şair, xeyriyyəçi, "Gülaga Qəmbərov Fondu"nun prezidenti