Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yaxşı olardı ki, Ağ Ev, bir dəfə də haqqın və beynəlxalq hüququn yanında yer alsın

Yaxşı olardı ki, Ağ Ev, bir dəfə də haqqın və beynəlxalq hüququn yanında yer alsın


ATƏT-in Minsk qrupu, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini 30-ilə yaxın müddətdə öz potensialı çərçivəsində həyata keçirə bilmədi. Əvəzində isə münaqişənin uzadılmasında maraqlı oldu və Qarabağın statusu uğrunda, Ermənistan tərəfinin arzu və istəklərini həyata keçirən bir quruma çevrildiyinin şahidi olduq. Heç bir işə faydası olmayan belə bir qurumun yenidən fəaliyyətə başlamasını, gündəmə kimlər və nə üçün gətirir? Aydındır ki, erməni lobbisinin ABŞ -ın indiki hakimiyyətinə olan təsiri nəticəsindən qaynaqlanır. Biz qondarma,,erməni soyqırımı"nın qəbul edilməsini də məhz bu hakimiyyətin timsalında şahidi olduq. Məhz ABŞ-ın indiki hakimiyyətinin ikiüzlü siyasəti bölgəni qeyri sabit vəziyyətdə saxlamaqdadır.

Qarabağ probleminin artıq son həddə addım qoyduğu ərəfədə, yenidən ABŞ-ın ATƏT -in Minsk qrupunu diriltmək arzusu meydana çıxır və bu arzu heç də xoşməramlı qəbul edilə bilməz. Minsk qrupunun həmsədrlər formatında da ciddi şəkildə problemlər meydana gəlib və bu qurum Rusiya Ukrayna müharibəsindən öz nəsibini alaraq, birlikdə fəaliyyət göstərə bilməz durumdadırlar.

30 ilə yaxın bir dövrdə, münaqişənin dinc yolla nizamlanmasında, heç bir rola malik olmayan ATƏT-in Minsk qrupu, bundan sonra da heç kimə lazım deyil. Yaxşı olardı ki Ağ ev, bir dəfə də haqqın və beynəlxalq hüququn yanında olsaydı və separatçı rejimlərə ümid verməsini tərk etsəydi.

Çingiz Şahbazi-siyasi şərhçi
Xəbəri paylaş