Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan polisi bütün dövrlərdə narkomaniyaya qarşı genişmiqyaslı mübarizə aparıb

Azərbaycan polisi bütün dövrlərdə narkomaniyaya qarşı genişmiqyaslı mübarizə aparıb


Hər bir ölkədə narkomaniyanın qarşısının alınması üçün çox ciddi təşkilati, profilaktik tədbirlər görülməli, lazımi izahat işi aparılmalı, səhiyyə, təbliğat orqanları narkomaniyanın insan üçün, bəşəriyyət, cəmiyyət üçün nə qədər təhlükəli, faciəli olduğunu hərtərəfli açıb göstərməli və insanları bu xəstəliyə qurşanmaqdan çəkindirməlidirlər.
Heydər Əliyev, ümummilli lider

"Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq qlobal problem olaraq bütün bəşəriyyəti narahat edir. Bu təhlükəni aradan qaldırmaq üçün cəmiyyətin birgə səyləri tələb olunur. Yəni hər kəsin ümumi işə real köməkliyi çox vacibdir. Yalnız bu halda görülən işlər istənilən nəticəni verə bilər".

Xüsusən son dövrlər narkotik vasitə və psixotrop maddələrin sosial şəbəkələr vasitəsi ilə onlayn yolla satılması hallarına tez-tez rast gəlindiyindən bu bəla ilə mübarizədə, həmin şəxslərin ifşa edilməsində vətəndaşlarımızın, ümumən sosial şəbəkə istifadəçilərinin, ölkəmizin ziyalı təbəqəsinin, blogerlərin, kütləvi informasiya vasitələri nümayəndələrinin ortaya vətəndaş mövqeyi qoymasına ciddi ehtiyac duyulur

Narkomaniya dünyasında gələcək yoxdur, o, insanı yalnız dar, çıxılmaz bir dalana sıxışdırır, addım-addım ölümə sürükləyir. Digər vərdişlərə nisbətən daha təhlükəli sayılan narkomaniya bəlasının mövcud olduğu cəmiyyətdə hər cür problemin müşahidə edilməsi qaçılmazdır. Belə cəmiyyətlərdə insanların ən ali dəyərlərinin itməsindən tutmuş ən ağır cinayətlərin baş verməsinə qədər olan bütün halları müşahidə etmək mümkündür. Əslində, narkomanlar üçün ali dəyər yoxdur, onlar üçün ən yüksək dəyər elə narkotik maddənin qəbulu nəticəsində yaranan “həzz”dir. Bu “həzz”ə görə yaşadıqları həyat onları bütünlüklə məhv edir, mənəvi və fiziki inkişafına mane olur, sağlamlıqlarını əlindən alır, ailələrini dağıdır, cinayətlərə sürükləyir, əvvəl ruhən, daha sonra fiziki olaraq, öldürür.

Bu gün bütün dünyanı narahat edən əsas məsələ bilərəkdən “ölüm yolu”nu seçənlərin arasında yeniyetmə və gənclərin sayının getdikcə çoxalması, narkotik maddələrə aludəçilik hallarının yüksələn xətlə inkişaf etməsidir. Ailələrin çoxu övladlarının narkoman olduğunu bu və ya digər səbəblərdən gizli saxlamağa çalışdığı üçün onun qeydiyyata alınmasına da maraq göstərmirlər. Qeydiyyata alınmış narkomanlar daha çox hüquq-mühafizə orqanları tərəfindən müəyyən edilmiş, başqa sözlə cinayət törətmiş şəxslər olurlar.

Mütəxəssislər də təsdiq edirlər ki, çox zaman valideynlər övladlarının narkoman olduğunu bilsələr belə, bunu gizli saxlamağa çalışırlar. Valideynlərin narkomaniya bəlasına düçar olan övladlarının qeyri-peşəkarlar tərəfindən, gizlicə müalicə olunmasına çalışması isə gənclərin narkotik maddələrin aludəçiliyindən gec xilas olmasına səbəb olur. Əksər hallarda müalicənin bu formada aparılmasının heç bir effekti olmur.

Daxili İşlər Nazirliyi də bu yaxınlarda antinarkotik təbliğatla bağlı ictimaiyyətə etdiyi müraciətində bildirib ki, qanunsuz dövriyyədən çıxarılan narkotiklərin həcminin ilbəil artmasına baxmayaraq, həmin vasitələrin ölkəyə gətirilməsinə edilən cəhdlər, buna mütənasib olaraq narkotik istifadəçilərinin sayı da çoxalır. Belə bir vəziyyət isə nəticə etibarı ilə gənclərimizin narkotik aludəçisi olmaq təhlükəsini artırır. Hər kəsin ümumi işə real köməkliyi çox vacibdir. Yalnız bu halda görülən işlər istənilən nəticəni verə bilər. Doğrudur, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə fəal mövqe tutan vətəndaşlarımız var və məhz onların məlumatları əsasında effektiv nəticələri olan bir çox əməliyyat tədbirləri keçirilib. Həmin vətəndaşların hər birinə təşəkkür edir, prinsipial mövqelərini alqışlayırıq. Bu işdə daha bir vacib məsələ antinarkotik təbliğatın gücləndirilməsi və səmərəsinin artırılmasıdır”. Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov da son vaxtlar ölkədə tüğyan edən narkomaniya ilə bağlı narahatlığını ifadə edib və cəmiyyətə müraciət edib .

Nazir vətəndaşlara müraciət edərək narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlığın bütün bəşəriyyəti narahat etdiyini, bu bəlaya qarşı mübarizənin Azərbaycanın hüquq mühafizə orqanlarının başlıca vəzifələrindən biri olduğunu, qanunsuz dövriyyədən çıxarılan narkotiklərin həcminin ilbəil artması ilə bərabər ölkəyə gətirilməsinə edilən cəhdlərin çoxaldığını, belə bir vəziyyətin gənclərin narkotik aludəçisi olmaq təhlükəsini artırdığını bildirib.

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov, problemlə bağlı mediada gedən tənqidi yazıların, sosial şəbəkələrdə aparılan müzakirələrdə səsləndirilən müxtəlif fikirlərin normal hal olduğunu və hər kəsin mövqeyinə və ictimai rəyə hörmətlə yanaşıldığını, bütövlükdə məsələyə cəmiyyətin diqqətindən razılığını ifadə edib. Bu təhlükəni aradan qaldırmaq üçün hər kəsin ümumi işə real köməkliyinin vacibliyini vurğulayıb.

Təbii ki, Azərbaycan polisi bütün dövrlərdə “Narkotiklərə yox!” devizi altında narkomaniyaya qarşı genişmiqyaslı mübarizə aparıb. Son aylarda isə Azərbaycan gəncliyini zəhərləyən narkotacirlərə qarşı mübarizə daha da gücləndirilib. Demək olar ki, hər gün polis əməkdaşları tərəfindən tonlarla narkotik maddə müsadirə olunur, “patı” və
“şüşə” adlı sintetik uyuşdurucuları satanlar cinayət məsuliyyətinə cəlb edilir.

Bütün mübarizə tədbirlərinə baxmayaraq, Azərbaycanda narkomaniyanın kökünü kəsmək mümkün olmur. Bəs Azərbaycan gəncliyini bu bəladan xilas etmək üçün hansı effektiv tədbirləri həyata keçirmək olar. Ölkəmizdə narkomaniyanın yayılması ilə bağlı fakt artımı varsa, mübarizə də artan tendensiya ilə irəliləyir. Narkomaniyaya qarşı mübarizə Daxili İşlər Nazirliyinin kollegiyasının nəzarətindədir. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları son 6 ay ərzində narkomaniyaya qarşı mübarizəni daha çoxşaxəli həyata keçirir, daxil olan əməliyyat məlumatlarına çevik şəkildə reaksiya verilir və faktlar da öz təsdiqini tapır.

Güloğlan Cabbarlı-Dünya və Avropa çempionu
Xəbəri paylaş