Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Masallıda yanğının söndürülməsinə amfibiya təyyarəsi və helikopter cəlb edilib

Masallıda yanğının söndürülməsinə amfibiya təyyarəsi və helikopter cəlb edilib


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Masallı rayonunun Məmmədoba kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Newscenter.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Yanğınsöndürmə işlərini sürətləndirmək və daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədilə, yanğınla mübarizə tədbirlərinə əlavə olaraq FHN-in Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Cənub Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi və 1 ədəd helikopteri, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları cəlb olunub.

Relyefin mürəkkəbliyi və havanın küləkli olması əməliyyat şəraitini çətinləşdirsə də hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Xəbəri paylaş