Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstanın Qarabağın yenidən qurulmasında iştirakı möhkəm dostluğumuzun bir daha bariz təzahürüdür

Qazaxıstanın Qarabağın yenidən qurulmasında iştirakı möhkəm dostluğumuzun bir daha bariz təzahürüdür


Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin rəhbərliyi ilə dost və qardaş Qazaxıstanın nümayəndə heyətinin avqustun 24-də Azərbaycana baş tutan rəsmi səfəri bir daha göstərdi ki, Azərbaycan-Qazaxıstan münasibətləri ildən-ilə genişlənir və əlaqələr möhkəmlənir.

Prezident cənab İlham Əliyev də vurğulamışdır ki, bu səfər dostluğun və qardaşlığın təzhürüdür.

Bu gün beynəlxalq səviyyədə iki ölkə arasında əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir. Xarici siyasətdə iştirak etdiyimiz aparıcı beynəlxalq təşkilatlarda geniş əhatəli məsələlər üzrə Azərbaycan və Qazaxıstan fəal əməkdaşlıq edir, daim bir-birini dəstəkləyir və bu gələcəkdə də davam edəcəkdir. Əməkdaşlıq edilən beynəlxalq təşkilatların sayı kifayət qədər çoxdur və hər yerdə Qazaxıstan və Azərbaycan nümayəndələri sıx, qarşılıqlı fəaliyyət nümayiş etdirirlər.
Məhrz bununla bağlı ölkə başçısı çıxışında da vurğulamışdır ki, "Biz beynəlxalq arenada əməkdaşlığımızın inkişafı yollarını müəyyən etdik. Biz aparıcı beynəlxalq təşkilatlarda fəal qarşılıqlı əlaqə saxlayırıq və əlbəttə, çoxtərəfli əməkdaşlıq üçün yeni ilkin şərtlər yaranır. İyun ayında Bakıda Azərbaycan, Qazaxıstan və Türkiyənin xarici işlər və nəqliyyat nazirlərinin görüşü oldu. Bu, çoxtərəfli əməkdaşlığın yeni formatıdır və bu əməkdaşlığın böyük perspektivləri var."

Birgə bəyanatda Qazax xalqının Lideri vurğulamışdır ki, "Bizim aramızda etimada əsaslanan siyasi dialoq qurulub, dövlətlərimiz beynəlxalq məkanlarda, ilk növbədə, Birləşmiş Millətlər Təşkilatında, ATƏT-də, Türk Dövlətləri Təşkilatında əməkdaşlıq edirlər."

Görüşdə türk dövlətləri birliyinin inkişafına, eyni zamanda dost Qazaxıstan Respublikası ilə Azərbaycan Respublikası arasında ikitərəfli siyasi, iqtisadi və mədəni münasibətlərin möhkəmlənməsinə və inkişafına verdiyi xüsusi töhfəsinə görə ölkə rəhbəri cənab İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən “Altın Kıran” ordeni ilə təltif edilmişdir.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin səfəri çərçivəsində imzalanan sənədlər arasında Qazaxıstan ilə Azərbaycan arasında strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında imzalanan Bəyannamə xüsusi əhəmiyyət kəsb edir. Artıq Azərbaycan və Qazaxıstan təkcə strateji tərəfdaşlar deyil, müttəfiqlərdir. Prezidet cənab İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, bu, üzərimizə xüsusi məsuliyyət qoyur və biz bu məsuliyyətə hazırıq. Bəyannamə gələcək fəaliyyətimiz üçün çox ciddi baza kimi xidmət edəcəkdir.

Qazaxıstan Prezidentinin işğaldan azad edilmiş Füzuli şəhərində Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin yaradılması təşəbbüsü iki dövlət arasında əlaqələrin gələcək inkişafına yönələn mühüm addımlardan biridir. Qazaxıstanın Qarabağın yenidən qurulmasında iştirakı möhkəm dostluğumuzun bir daha bariz təzahürüdür.

Xaliq Hüseynov
YAP Nəsimi rayon təşkilatının İƏPT sədri
Xəbəri paylaş