Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sumqayıt Şəhər Xəstəxanasında son tamamlama işləri aparılır

Sumqayıt Şəhər Xəstəxanasında son tamamlama işləri aparılır


TƏBİB-in tabeliyində olan Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Sumqayıt Şəhər Xəstəxanasında son tamamlama işləri aparılır.

Newscenter.az TƏBİB-ə istinadən xəbər verir ki, xəstəxanada Təcili Təxirəsalınmaz Tibbi Yardım, Poliklinika, Cərrahiyyə, Oftalmologiya, Nevrologiya, Terapiya, Endokrinologiya və Reabilitasiya şöbələrinin fəaliyyət göstərməsi planlaşdırılıb.

Tibb müəssisəsi 5 mərtəbəli, 150 çarpayılıqdır. Burada həm ambulator, həm də stasionar şəkildə vətəndaşlara xidmət göstərilməsi nəzərdə tutulub.

Qeyd edək ki, xəstəxananın tikintisinə 2019-cu ilin sonlarından başlanılıb və bu ilin oktyabr ayında təhvil verilməsi planlaşdırılır.

Sevinc
Xəbəri paylaş