Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ və fransalı diplomatların Qarabağ səfərində iştirak etməmələri təəccüblü deyil

ABŞ və fransalı diplomatların Qarabağ səfərində iştirak etməmələri təəccüblü deyil


"Azərbaycanda akkreditə olunmuş qeyri rezident səfirlərin Füzuli və Şuşa şəhərlərinə səfəri, oradakı erməni vəhşilikləri öz gözləri ilə görməsi bizim üçün çox mühüm üstünlükdür".

Newscenter.az xəbər verir ki, bunu Sonxeber.az-a danışan deputat İqbal Məmmədov deyib.

Deputat vurğulayıb ki, ermənilər 30 ilə yaxın müddətdə işğal etdiklər ərazilərimizdə misli görünməmiş vəhşiliklər, ekoloji terror törədiblər:

"44 günlük Vətən müharibəsində Gəncədə, Bərdədə və digər ərazilərdə erməni terrorçuların sivil vətəndaşlara qarşı törətdikləri cinayətləri gördükləri kimi, xarici diplomatların bütün bu vəhşilikləri gedib yerində görmələri vacibdr. Bundan əlavə, Şuşa, Füzuli və işğaldan azad olunmuş digər ərazilərə səfər edən xarici qonaqlar həm də Azərbaycanın iqtisadi gücünü öz gözləri ilə görəcəklər.

Təbii ki, müharibədən sonra 30 il ərzində viran olunan yaşayış məkanlarının qısa müddət ərzində yenidən qurulması və bərpa edilməsi cənab Prezidentin ölkə başçısı seçildiyi gündən bu günə kimi atdığı, gələcəyə planlanmış addımlarının və uğurlu siyasətinin nəticəsidir. Əminəm ki, Ali Baş Komandanın başçılığı ilə Müzəffər Ordumuzun işğaldan azad etdiyi ərazilər qısa müddətdə cənnətə çevriləcək, həmin ərzilərin gerçək sahibləri öz dədə-baba yurdlarına geri qayıdacaqlar".

Deputat vurğulayıb ki, ABŞ və Fransalı diplomatların Qarabağ səfərində iştirak etməmələri təəccüblü deyil:

"Vətən müharibəsi dövründə Fransanın işğalçını dəstəkləməsi, ölkəmizə qarşı yürütdüyü siyasəti hər kəsə bəllidir. ATƏT-in Minsk qrupunun yarıtmaz fəaliyyəti nəticəsində torpaqlarımız 30 ilə yaxın müddətdə işğal altında qaldı. İllərdir ki, bərpa edilməyən ədaləti Azərbaycan öz gücü ilə təmin etdi. Artıq Qarabağ münaqişəsi həll edilib, Ali Baş Komandanın illərdir ordu quruculuğu sahəsində atdığı addımlar və Azərbaycanın mərd və qəhrəman oğulları sayəsində BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə icra edilib. Bunu Ermənistan və havadarları artıq dərk etməli, məğlubiyyətlə barışmalıdırlar. Ən önəmlisi isə odur ki, bu gün Qarabağ öz sahibinə geri qaytarılıb".
Xəbəri paylaş