"Azərbaycan Mətbuat Şurasının (MŞ) növbəti qurultayı yaxınlaşır. Yaxın günlərdə İdarə Heyətinin toplantısı olacaq və qurultayın vaxtı müəyyənləşdiriləcək".
Newscenter.az xəbər verir ki, bu barədə "Report"a açıqlamasında MŞ-nin İdarə Heyətinin üzvü Rəşad Məcid məlumat verib.
O bildirib ki, qurultayda sədr seçkisi də baş tutacaq: "Orada jurnalistlər kimi dəstəkləyərsə, həmin şəxs də MŞ-nin sədri olacaq".
Qeyd edək ki, Azərbaycan Mətbuat Şurasının (MŞ) sonuncu - VII qurultayı 2018-ci ildə keçirilib. MŞ-in sədri Əflatun Amaşovdur.