Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qərbin casus şəbəkəsinin üzvləri, İranın kölələri......

Qərbin casus şəbəkəsinin üzvləri, İranın kölələri......


"Son günlər ölkəmizdə olan təsir agentləri aktivləşərək dövləti gözdən salma kampaniyasına yenidən start veriblər"

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov xüsusilə güc strukturları ilə bağlı aparılan qara PR kampaniyasına diqqət çəkib:

"Eyni zamanda Qərbin casus şəbəkəsinin üzvləri, Rusiyaya xidmət edənlər, İranın kölələri, digər böyük güclərin Azərbaycandakı əlaltıları bir-birilərini satqınçılıqda ittiham edərək; “Biz daha yaxşıyıq, o biriləri pisdir” fikrini də formalaşdırmaq üçün PR aparırlar. Biri digərini beşinci kalon olmaqda günahlandırır, vətən xaini çıxardır. Bu zavallılara çatdırın ki, hamınız köpəksiniz. Çalışın köpək olmayın. Əgər it olmağa razılıq vermisinizsə, o zaman nə fərqi var, kim çox yal verirsə, onun iti olun".

AVP rəsmisi qeyd edib ki, dövləti köpəklərə yem etmərik:

"Vətən azaddır, Böyük Vətənə doğru addım-addım".

Mehman
Xəbəri paylaş