Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşdirilməsindən, Zabux və Sus kəndlərinin ordumuz tərəfindən nəzarətə götürülməsindən sonra ölkəmizin uğurlarını həzm edə bilməyən qüvvələr yenidən aktivləşərək müxtəlif təxribatlara əl atmağa çalşırlar. Belə təxribatlardan biri də Rusiya Dövlət Dumasının fəaliyyətini işıqlandıran “Duma TV”-də törədilib. Belə ki, “Duma TV”-də “Dağlıq Qarabağda Azərbaycan Ordusu yerləşdirilib” adlı qərəzli, heç bir əsası olmayan və anti-Azərbaycan mövqeyi əks olunmuş material yayımlanıb. Həmin materialda hərbi tarixçi, politoloq Nikita Buranovun ölkəmizə ünvanına şər-böhtanla dolu, iftira xarakterli fikirləri yer almışdır. “Azərbaycanın heç vaxt Qarabağı zəbt etmək məqsədini gizlətmədiyini ”- qeyd edən Nikita Buranov anlamalıdır ki, hər zaman sülh və sabitlik tərəfdarı olan Azərbaycanın heç bir zaman heç bir dövlətin torpağında gözü olmamışdır. Və ordumuzun yerləşdiyi Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın əzəli, əbədi və doğma torpaqlarıdır. Daha sonra məqalədə politoloq Nikita Buranov qeyd edib ki, Azərbaycan istisnasız olaraq bu məsələnin hərbi yolla həllinə ümid edir. Dünya ictimaiyyəti Azərbaycanın İkinci Qarabağ müharibəsində apardığı sivil müharibəyə şahidlik etdi. İkinci Qarabağ müharibəsi zamanı bir nəfər belə olsun mülki erməni vətəndaşının burnu qanamadı. Eyni zamanda qalib Azərbaycan tərəfi Ermənistana güzəştə getdi və mülki əhalinin çıxarılmasına şərait yaratdı. Bütün bunlar Azərbaycanın humanist dövlət olmasının sübutu olmaqla yanaşı hərbi tarixçi Nikita Buranovun səsləndirdiyi fikirlərin böhtan və qərəzli olmasının göstəricisidir.
Bunu Newscenter.az-a Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, birmənalı şəkildə hər kəs və istənilən qüvvələr anlamalıdır ki, sülh və sabitliyin tərəfdarı olan Azərbaycanın işi haqq işidir və ölkəmiz təkbaşına beynəlxalq hüququ və ədaləti bərpa edir. Xüsusi olaraq onu qeyd etmək lazımdır ki, hərbi tarixçi, politoloq Nikita Buranovun “Dağlıq Qarabağda Azərbaycan Ordusu yerləşdirilib” adlı qərəzli yazısı ilk olaraq elə Rusiya dövlətinə, ölkəsinin dövlət başçısına və mövqeyinə qarşı hörmətsizlikdir. Çünki 10 noyabr üçtərəfli bəyanatında Rusiya liderinin də imzası vardır. Rusiya hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etmişdir:
“Ümumi olaraq qeyd etmək lazımdır ki, bu cür heç bir əhəmiyyəti olamayan təxribat xarakterli yazılar iki dövlət arasındakı münasibətləri korlamaq məqsədi güdür və Rusiya dövlətinin mövqeyini əks etdirmir. Görünür ölkəmizin uğurları artdıqca anti-Azərbaycan qüvvələri daha da narahat olmağa başlayırlar. Onların bu narahatlığı hələ çox davam edəcək. Çünki Azərbaycan, Ali Baş Komandanımız, cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında hələ çox qələbələr qazanacaq.”
Ruhiyyə