Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zəngilan Hava Limanında ilk test uçuş həyata keçirilib-VİDEO

Zəngilan Hava Limanında ilk test uçuş həyata keçirilib-VİDEO


Bu gün Zəngilan Hava Limanında ilk test uçuş həyata keçirilib. Azərbaycan Qarabağı və Şərqi Zəngəzuru çox qısa zamanda yenidən qurur və inkişaf etdirir. Şərqi Zəngəzurda müasir standartlara uyğun inşa edilən hava limanı bütövlükdə bölgənin inkişafı və təhlükəsizliyinin gücləndirilməsi baxımdan vacib layihələrdən hesab olunur.

İnkişaf etmiş dövlətlərin, xüsusən də Avropa ölkələrinin təcrübəsi göstərir ki, iqtisadi inkişafın dayanıqlığı və daha çox sərmayənin cəlb edilməsi həmçinin nəqliyat sisteminin təkmilləşdirilməsi, o cümlədən beynəlxalq hava limanlarının istifadəyə verilməsindən asılıdır. Qarabağın və eləcə də Şərqi Zəngəzurun böyük iqtisadi potensialı var. Bu potensialın reallaşması və xüsusən də həmin ərazilərimizdə istehsal ediləcək məhsulların daxili bazara, o cümlədən xarici bazara ixrac edilməsi baxımından hava limanlarına ehtiyac var idi. Digər tərəfdən, region böyük turizm potensialına malikdir. Təbii ki, bu, həmin turizm potensialını reallaşmasına imkan verəcək. Bu infrastrukturlar Azərbaycana gələn turistlərin sayının artması və xüsusən daxili turizmin daha da genişlənməsi üçün yeni imkanlar yaradacaq.

Zəngilan Hava Limanın texniki göstəricilərinə gəldikdə isə, limanın uzunluğu 3 km, eni 60 metr olan uçuş enmə zolağı, 60 min kv metrlik 8 hava gəmisinin dayanması üçün sahə, sərnişlərə xidmət göstərəcək terminal, hava gəmilərinin idarəedilməsi üçün qüllə, transformator yarım stansiyası, qazanxana, su anbarı və başqa köməkçi tikililərdən ibarət olacaq. Hava limanı 1 saatda 200 sərnişinə xidmət edə biləcək. Hava limanı hər növ təyyarələri qəbul edə biləcək.

Şərqi Zəngəzur və ölkəmiz üçün xeyirli və düşərli olsun.

[video=]

Vüqar Bayramov-millət vəkili
Xəbəri paylaş