"İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Bizim çox güclü siyasi-iqtisadi əlaqələrimiz mövcuddur".
Newscenter.az-ın xəbərinə görə, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 1-də Romada İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə əlaqədar imzalanmış sənədlərin mübadiləsi mərasimində çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır: "Keçən il ticarət dövriyyəmiz 9,6 milyard, bu ilin yeddi ayında isə 11 milyard dollara çatıb".