“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyi “İşğaldan azad olunmuş ərazilərdəki minalar və partlamamış hərbi sursatlar problemi barədə beynəlxalq ictimaiyyətin məlumatlanlandırılması məqsədilə təhqiqatın aparılaraq hesabatın hazırlanması” adlı layihəsinin icrasına başlayır.
Bu barədə Newscenter.az-a məlumat verən İctimai Birliyin sədri Hafiz Səfixanov deyib ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.
Layihənin məqsədi işğaldan azad olunmuş ərazilərdəki mina və PHS problemini beynəlxalq ictimaiyyətin, xüsusilə də beynəlxalq səviyyədə tanınan donorların diqqətinə çatdırmaq və onları Azərbaycandakı mina və PHS problemlərinin həll olunmasına cəlb etməkdir.
Layihənin icra müddəti 2 aydır.
Mehman