Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

KOB evlərində sahibkarlara 44 minə yaxın xidmət göstərilib

KOB evlərində sahibkarlara 44 minə yaxın xidmət göstərilib


Bu ilin yanvar-avqust ayları ərzində Xaçmaz və Yevlax KOB evləri tərəfindən sahibkarlara 43745 xidmət göstərilib. Bu xidmətlərin 16508-i “Xaçmaz KOB evi”, 27237-si isə “Yevlax KOB evi” tərəfindən həyata keçirilib.

Newscenter.az xəbər verir ki, göstərilən xidmətlərin 41759-u dövlət-biznes (“G2B”), 1986-ı isə biznes-biznes (“B2B”) xidmətləridir.

KOB evinə müraciət etmiş sahibkarlar daha çox vergi məsələləri, mənşə sertifikatının verilməsi və kommunal xidmətlərlə bağlı müraciət ediblər.

Sahibkarların KOB evlərinin xidmətlərindən məmnunluq göstəricisi 98%-dir.

Qeyd edək ki, hazırda Xaçmaz və Yevlax şəhərlərində olmaqla iki KOB evi fəaliyyət göstərir. KOB evlərinin əsas üstünlüyü sahibkarların biznes xidmətlərini vahid məkanda alması, bununla da vaxtına və əməliyyat xərclərinə qənaət etməsi, sahibkarlara göstərilən xidmət səviyyəsinin ölçüləbilən olmasıdır.

Mehman
Xəbəri paylaş