Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sədaqət Vəliyeva: Dünya növbəti dəfə Azərbaycanın siyasi-diplomatik qələbəsinə şahidlik etdi

Sədaqət Vəliyeva: Dünya növbəti dəfə Azərbaycanın siyasi-diplomatik qələbəsinə şahidlik etdi


Avqustun 31-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə Brüsseldə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə Ermənistanın Baş Naziri Nikol Paşinyan arasında keçirilən görüş Azərbaycanın və cənab Prezidentimiz İlham Əliyevin növbəti siyasi-diplomatik qələbəsi kimi tarixə həkk oldu. Sayca dördüncü dəfə baş tutan Brüssel görüşü, Azərbaycanın öz istəyinə nail olması baxımından bir sıra məqamlarla yadda qaldı. Bu dəfəki görüş zamanı da nə “Qarabağ münaqişəsi” sözü, nə də ATƏT-in Minsk qrupunun adı işlədilmədi. Eyni zamanda görüş zamanı Qarabağ mövzusu da gündəmə gəlmədi.

Bunu Newscenter.az-a Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, ümumilikdə görüş zamanı müzakirə olunan məsələlər eyni zamanda görüşdən sonra səsləndirilən bəyanat onu göstərir ki, Brüssel görüşündə ölkəmizin maraqları yüksək səviyyədə təmin olunub. Əlbətdə bütün bunlar ölkə başçısı, cənab prezidentimiz İlham Əliyevin həyata keçirdiyi müdrik, uzaqgörən siyasətin nəticəsidir. Bütün dünya növbəti dəfə Ali Baş Komandanımız cənab İlham Əliyevin qətiyyətinə, gücünə şahidlik etdi:


“Artıq Ermənistan hakimiyyəti başa düşür ki, yersiz bəhanələrə və zaman uzatmaq cəhdlərinə yer yoxdu və götürdükləri öhdəlikləri yerinə yetirməlidirlər. Eyni zamanda dalana dirənmiş və ağır böhranın hökm sürdüyü Ermənistanın mövcud reallıqlları qəbul etməkdən başqa yolu da qalmayıb. Əks halda istər hərbi, istər siyasi, istərsə də diplomatik cəbhələrdə ağır məblubiyyətə uğramış Ermənistanın bir dövlət kimi varlığı sual altına düşəcək.”

Ruhiyyə
Xəbəri paylaş