Siyəzən rayonunda zəlzələ olub.
Bu barədə Newscenter.az-a Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Qeyd olunub ki, təkanlar yerli vaxtla saat 08:02-də Siyəzən stansiyasından 21 km şərqdə Siyəzən rayonunda qeydə alınıb.
Maqnitudası 3, dərinliyi 8 km olan zəlzələ hiss olunmayıb.