Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə və Pakistanın Azərbaycandakı səfirləri arasında görüş olub

Türkiyə və Pakistanın Azərbaycandakı səfirləri arasında görüş olub


Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee ilə görüşüb.

Newscenter.az xəbər verir ki, bu barədə pakistanlı diplomat tviterdə yazıb.

“Qardaşım, səfir Cahit Bağcıya ziyarətinə və Pakistanda baş verən daşqınlar nəticəsində insan itkiləri və dağıntılarla bağlı başsağlığına görə təşəkkür edirəm. Türkiyə və Azərbaycan hər zaman Pakistanın yanında olub”, - paylaşımda qeyd olunub.
Xəbəri paylaş