Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bərdədə insanlar və heyvanlar arasında naməlum xəstəlik yayılıb

Bərdədə insanlar və heyvanlar arasında naməlum xəstəlik yayılıb


Bərdə rayonunun Piyadalar kəndində son bir neçə gündə insanlar arasında dəri xəstəliyi yayılıb.

Newscenter.az Xəzər TV-yə istinadən xəbər verir ki, bəzi kənd sakinləri heyvanlar arasında yayılan qarayara xəstəliyinin insanlara keçməsindən narahat olub. Bəziləri isə bunu əkin sahələrində istifadə edilən kimyəvi vasitələrlə əlaqələndirirlər.

Kənd bələdiyyəsindən bildirilib ki, təşvişə səbəb olacaq bir vəziyyət yoxdur. 3-ü kişi, 2-si qadın olmaqla ümumilikdə 5 nəfər xəstəxanaya müraciət edib.

Rayon baytarlıq idarəsinin əməkdaşları da kəndə ezam olub. Baytarlar tərəfindən dezinfeksiya işləri aparılır.

Bərdə Rayon Mərkəzi Xəstəxanasından faktı təsdiqlədilər. Bildirilib ki, müraciət edənlərin dərisində yaralar əmələ gəlib və onların müalicəsi davam etdirilir.

Qida Təhlükəsizliyi Agentliyindən qeyd edilib ki, həmin kənddə təsərrüfatlara baxış keçirilib. Hazırda araşdırmalar davam etdirilir və nəticələrlə bağlı ətraflı məlumat veriləcək.

Xəbəri paylaş