Tarixi əsərlər müəllifi, sabiq millət vəkili Cahangir Hüseynovun yenicə işıq üzü görən "Yeni Qarabağnamə: Qarabağ Azərbaycandır" kitabı qardaş Türkiyədə böyük marağa səbəb olub.
Newscenter.az xəbər verir ki, qardaş ölkədə Türkiyə türkcəsində çap edilən kitab burada geniş yayılıb. Türkiyənin siyasi dairələrində də "Yeni Qarabağnamə:Qarabağ Azərbaycandır" kitabı maraqla qarşılanıb.
Belə ki, İstanbul Böyükşəhər Bələdiyyyəsinin sədri Əkrəm İmamoğlu, İyi Partiyanın başkanı Meral Akşenər, İstanbul Aydınlar Ocağı başkanı İbrahım Öztürk, məhşur ürək cərrahı Bingör Sönməz və Azərbaycan Kültür Dərneğın üzvləri və digər şəxslər sabiq millət vəkilinin sözügedən kitabını oxuyaraq minnətdarlıqlarını bildiriblər.
Həmçinin müəllifin sözügedən kitabı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyə Böyük Millət Məclisinin üzvləri və siyasi partiya rəhbərlərinə də göndərilib.
Qeyd edək ki, kitab Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı və müttəfiqliyinə həsr olunub.