Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

DYP-dən hərəkət iştirakçılarına MÜRACİƏT

DYP-dən hərəkət iştirakçılarına MÜRACİƏT


Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) hərəkət iştirakçılarına müraciət edib.

Newscenter.az xəbər verir ki, Qurumun baş inspektoru, polis mayoru Araz Əsgərli açıqlamasında deyib ki, yeni tədris ilinin başlanmasına sayılı günlər qalır, əsasən də çoxları üçün məzuniyyət dönəmimin bitməsi paytaxt ərzisində nəqliyyat sıxlığını əhəmiyyətli dərəcədə artırır və hər ötən gün bu proses daha da intensivləşir:

"Bütün hərəkət iştirakçılarından yollarda diqqəti artırmağı, şəhərin real hərəkətini düzgün qiymətləndirməyi, hər bir qayda pozuntusunun ümumi vəziyyətə mənfi təsir göstərdiyini unutmamağı xahiş edirik".

"Dəfələrlə moped, velosiped, skuter kimi nəqliyyat vasitələrinin yolun sağ zolağı ilə hərəkət etməli olduqlarını, təhlükəli manevrlər etməmələrini, təhlükəsizlik üçün şlemlərdən istifadənin vacibliyini vurğulamağımız və bu qaydaların pozulmasının inzibati məsuliyyətə səbəb olduğunu qeyd etməyimizə baxmayaraq, eyni növ qayda pozuntularının gündəlik xidmətimizdə tez-tez şahidi oluruq. Bir daha qeyd etdiyimiz məsələlərə qarşı məsuliyyəti artırmağı özünün və ətrafdakı insanların haqlı narazılıqlarına səbəb olan hallardan çəkinməyi xahiş edirik!", - DYP rəsmisi vurğulayıb.
Xəbəri paylaş