Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gəncədə "AzTelekom"un qurduğu heç bir yeni nəsil şəbəkədən söhbət gedə bilməz

Gəncədə "AzTelekom"un qurduğu heç bir yeni nəsil şəbəkədən söhbət gedə bilməz


Son günlər Azərbaycanın 2-ci ən böyük şəhəri olan Gəncə şəhərinin digər fərdi yaşayış evləri birlikdə mənimdə yaşadığım Ordubadi küçəsinin AZTELEKOM internet provayderinin təchizatında problemlər yaşanır. Ya internet birdən-birə zəifləyir, abunəçi müqavilədə göstərilən sürəti ala bilmir, ya da müəyyən vaxtlarda tamamilə kəsilir.

Qeyd edilən məsələ ilə bağlı dəfələrlə 170 qaynar xəttinə müraciət etsəmdə mövcud problem aradan qaldırılmır. Formal olaraq, xətt montoyoru göndərilir, və yaxud ətirli və baxımlı bir cavan mütəxəsis gəlib "biz nə edək, internet Bakıdan belə verilir" deməsi ilə kifayətlənirlər.

Qeyd edim ki, yaşadığım küçədə telefon xəttləri 90-cı illərdə çəkildiyindən yararsız vəziyyətdədir bu səbəbdən də internet xidmətindən istifadə etməyimizdə əziyyət cəkirik.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Gəncədə yeni nəsil şəbəkə qurmağı ilə bağlı etdiyi "Reklamla" bağlı demək istəyirəm ki, ADSL texnologiya artıq keçmişə qovuşan texnologiyadır. Sovetin mis xəttləri nə vaxtdan yeni nəsil texnologiya sayılır? Hər bir abonentin evinə qədər fiber-optik xətt çəkilməlidir, yüksək sürətli internet verilməlidir. 254 ilə başlayan nömrələri 264 ilə əvəzləmək yeni nəsil texnologiya tətbiqi deyil. Nazirlik niyə açıqlamır ki, Gəncə kimi ikinci böyük şəhərdə çoxluq təşkil edən həyət evləri fiber-optik şəbəkədən məhrumdurlar, mis xəttlər istismardadır və yalnız şkaflara qədər fiber-optik xətt gətirilib?!.

Gəncədə "AzTelekom"un qurduğu heç bir yeni nəsil şəbəkədən söhbət gedə bilməz. Çünki şkaflara qədər gələn şəbəkə fiber-optikdir, şkafdan abonentlərə gedən xəttlər isə sovetlər vaxtından qalan mis yararsız xəttlərdir. Hansı yeni nəsil şəbəkədən söhbət gedir? Bu islahat deyil, imitasiyadır, vətəndaşlarının nömrələrini dəyişmək yeni nəsil şəbəkə deyil. Mis xəttlərdir yenə də şkafdan evlərə gedən. Axşam saatlarında ADSL sürəti bərbad olur.

Əli İbrahimov-hüquqşünas, Gəncə şəhər sakini
Xəbəri paylaş