Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlham Əliyev vyetnamlı həmkarını təbrik edib

İlham Əliyev vyetnamlı həmkarını təbrik edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti Nquyen Suan Fuka təbrik məktubu ünvanlayıb.

Newscenter.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda dost Vyetnam xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Bu gün Vyetnam dünyada sürətlə və dinamik inkişaf edən, iqtisadiyyat, sənaye, elm, müasir texnologiyalar və digər sahələrdə böyük nailiyyətlər əldə etmiş dövlətdir.

Azərbaycan dost və tərəfdaş ölkə olan Vyetnam ilə ənənəvi dostluq münasibətlərinin hərtərəfli inkişafına mühüm əhəmiyyət verir. Dövlətlərarası əlaqələrimizin və əməkdaşlığımızın bugünkü səviyyəsi məmnunluq doğurur.

İnanıram ki, ölkələrimizi və xalqlarımızı birləşdirən dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın istər ikitərəfli qaydada, istərsə də beynəlxalq təsisatlar çərçivəsində müvəffəqiyyətlə davam etdirilməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Vyetnam xalqına daim əmin-amanlıq və rifah arzulayıram".
Xəbəri paylaş