Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müdafiə Nazirliyinin general-mayoru saxlanıldı-FOTO

Müdafiə Nazirliyinin general-mayoru saxlanıldı-FOTO


Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən, general-mayor Bəkir Orucov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Newscenter.az-ın apa.az-a istinadən verdiyi xəbərə görə, Bəkir Orucovun hansı səbəbdən saxlanıldığı hələlik açıqlanmasa da, onun “Tərtər işi” ilə bağlı şübhəli şəxs olduğu iddia edilir.

Qeyd edək ki, general-mayor Bəkir Orucov bundan əvvəl Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəisi olub.

Xəbəri paylaş