Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı bir sıra nöqsanlar aşkarlayıb.
AQTA-dan Newscenter.az-a verilən məlumata görə, aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 14 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 31 məntəqədə kəsim qurğuları sökülüb, 5 müəssisədə isə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.