Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyada tutulan şəxslər Azərbaycana ekstradisiya edilib

Rusiyada tutulan şəxslər Azərbaycana ekstradisiya edilib


Rusiyada tutulan şəxslər Azərbaycana ekstradisiya edilib.

Bu barədə Newscenter.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Şirvan Şəhər Polis İdarəsinin icraatında olan cinayət işi üzrə Loğman Mütəllimovun qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin icraatında olan cinayət işi üzrə isə Ruslan İbrahimzadənin xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq cinayətini törətmələrinə dair əsaslı şübhələr müəyyən edilib və həmin şəxslərin barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan olunub.

Hər iki şəxs Rusiya Federasiyası ərazisində müəyyən edilərək saxlanılıblar.

Sentyabrın 1-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Loğman Mütəllimov və Ruslan İbrahimzadə Rusiyadan Azərbaycana gətiriliblər.
Xəbəri paylaş