Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

TƏBİB Ağalı kəndinə növbəti mərhələdə köçürülən ailələrin tibbi müayinələrinə başlayıb

TƏBİB  Ağalı kəndinə növbəti mərhələdə köçürülən ailələrin tibbi müayinələrinə başlayıb


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Zəngilan rayonunun Ağalı kəndinə növbəti mərhələdə köçürülən ailələrin tibbi müayinələrinə başlayıb.

Newscenter.az quruma istinadən xəbər verir ki, tibbi müayinələr TƏBİB-in tabeliyində fəaliyyət göstərən Sumqayıt Tibb Mərkəzinin 1 nömrəli Şəhər Xəstəxanası, 2 nömrəli Şəhər Poliklinikası (Nərimanov rayonu) və 12 saylı Şəhər Poliklinikasında (Sabunçu rayonu) aparılır.

Ümumilikdə, 25 ailənin (125 nəfər) biokimyəvi laborator analizləri, ultrasəs (USM), elektrokardioqrafiya (EKQ) və ağciyərlərin rentgenoqramması (flüoroqrafiya) müayinələri həyata keçirilir.

Müayinələr Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və TƏBİB arasında əməkdaşlıq çərçivəsində reallaşdırılır.

Əsas məqsəd işğaldan azad olunan ərazilərə köçürüləcək şəxslərin ümumi sağlamlıq vəziyyətlərinin müəyyən edilməsidir.

Mehman
Xəbəri paylaş