Kürdəmir Rayon İcra Hakimiyyəti "SMM xidmətlərinin satın alınması" ilə bağlı elan etdiyi tenderin nəticəsini açıqlayıb.
Newscenter.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, icra hakimiyyəti tenderin qalibi olan Emin Adil oğlu Məmmədzadə ilə 6 aylıq müqavilə bağlayıb, qalibə hər ay 4.400, ümumilikdə isə 26 min 400 manat ödəniş edəcək.
SMM xidməti göstərəcək fiziki şəxs icra hakimiyyətinin “Facebook” və “İnstagram” sosial şəbəkələrdəki səhifələrində yerləşdirilən təbliğat və təşviqat xarakterli materialların, həmin sosial şəbəkələrdə reklam məqsədi ilə yerləşdirilməsi işlərini görəcək.
Qeyd edək ki, Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan Oqtay oğlu İbrahimov 18 fevral 2022-ci il tarixində bu vəzifəyə təyin olunub.