Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.
Xidmətdən Newscenter.az-a bildirilib ki, 25 gün davam edən isti və quraq hava şəraitindən sonra ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir.
Qeyd olunub ki, Bakıda və Abşeron yarımadasında proses sentyabrın 5-i əvvəl şimal küləyinin güclənməsi ilə başlayacaq.
Küləyin maksimal sürəti 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s olacaq.
Küləkli hava şəraiti 07-si gündüzədək davam edəcək.
Havanın temperaturu tədricən 8-10° aşağı enəcək.
6-sı gündüzdən 08-i səhərədək fasilələrlə yağış yağacağı ehtimalı var.
Azərbaycanın rayonlarında sentyabrın 5-dən başlayaraq əvvəl Böyük Qafqazın bəzi yerlərində, 06-dan 08-i gündüzədək isə əksər rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı ehtimal olunur.
Qərb küləyi arabir 18-23 m/s, əsasən Kürvadisi rayonlarda arabir 25-30 m/s olacaq.
Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10° aşağı enəcək.