Azərbaycanın paracüdo üzrə milli komandasının üzvü İlham Zəkiyev (+90 kq, J1) İtaliyanın Kalyari şəhərində keçirilən Avropa çempionatının qalibi olub.
Newscenter.az bildirir ki, "Report"un xəbərinə görə, o bütün rəqiblərinə qalib gələrək çempionatın qızıl medalını qazanıb. Bununla da 42 yaşlı ikiqat Olimpiya və ikiqat dünya çempionu İlham Zəkiyev 8-ci dəfə Avropanın ən güclüsü olub.
Azərbaycan millisinin digər üzvləri Zakir Mislimov (90 kq, J1), Xatirə İsmiyeva (+70 kq, J1) və Dürsədəf Kərimova (+70 kq, J2) isə bürünc medala sahib olublar.
Qeyd edək ki, sentyabrın 2-si Namiq Abbaslı və İsmayıl Muradov bürünc medal qazanıb. Beləliklə, Azərbaycan millisi 1 qızıl və 5 bürünc olmaqla Avropa çempionatını ümumilikdə 6 medalla tamamlayıb.