Azərbaycanda İqtisadi Zonaların İnkişafı Agentliyi ilə Polşanın müvafiq qurumları arasında əlaqələrin qurulması, iş adamları arasında biznes forum və işgüzar görüşlərin təşkili üçün geniş imkanlar mövcuddur.
Newscenter.az-ın İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Polşanın Azərbaycandakı səfiri Rafal Poborski ilə görüşündə bildirilib.
Qeyd edilib ki, Azərbaycan və Polşanın nəqliyyat-tranzit, işğaldan azad olunmuş ərazilərimizin bərpası və yenidən qurulması, sənaye parklarında, Ələt Azad İqtisadi Zonasında həyata keçirilən layihələrdə Polşa şirkətlərinin iştirakı, rəqəmsal iqtisadiyyat və innovasiya sahələrində əməkdaşlıq üçün də geniş imkanlar mövcuddur.
Görüşdə ölkələr arasında enerji, ticarət, qarşılıqlı investisiyalar, startaplar, biznes missiyaların təşkili və s. sahələrdə, həmçinin Tvinninq layihələri çərçivəsində əlaqələr vuğulanıb, tərəfdaşlığın genişləndirilməsi persperktivləri qeyd edilib.
Tərəflər iqtisadi-ticarət əlaqələrinin hazırkı vəziyyəti və genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıblar.