Qırğızıstanın keçmiş prezidenti Roza Otunbayeva BMT Baş katibinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi və BMT-nin Əfqanıstana yardım missiyasının rəhbəri təyin edilib.
Newscenter.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.
“Roza Otunbayevanın liderlik, diplomatiya, vətəndaş fəallığı və beynəlxalq əməkdaşlıq sahəsində 35 ildən artıq peşəkar təcrübəsi var”, - məlumatda deyilir.
72 yaşlı R.Otunbayeva BMT-nin xüsusi nümayəndəsi vəzifəsində kanadalı Debora Layonsu əvəzləyib.