Şirvanda bir nəfər Kür çayında batıb.
Newscenter.az xəbər verir ki, “Report”un Aran bürosunun məlumatına görə, hadisə Kür çayının Şirvan şəhərindən keçən hissəsində yerləşən körpünün yaxınlığında qeydə alınıb.
Belə ki, həmin ərazidə bir nəfərin batması ilə bağlı Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olub. Daha sonra əraziyə FHN-in xilasetmə dalğıcları cəlb olunub.
Hazırda Kür çayında axtarışlar davam edir.
Faktla bağlı araşdırma aparılır.