Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropanın enerjiyə olan tələbatı Azərbaycanı onun üçün daha cəlbedici hala gətirir

Avropanın enerjiyə olan tələbatı Azərbaycanı onun üçün daha cəlbedici hala gətirir


Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin söylədiyi fikirlər ölkəmizin gələcək inkişaf konsepsiyasının əsasını təşkil edir. Yəni Azərbaycan yaxın gələcəkdə Avropa üçün əsas enerji, xüsusilə də qaz tədarükçülərindən birinə çevriləcək. Bu isə o deməkdir ki, Azərbaycan burada həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik baxımından ciddi uğur əldə etmiş olur.

Siyasi uğur Azərbaycanın regional və beynəlxalq nüfuzunun artırılması baxımından ciddi önəmə sahib olduğu halda, iqtisadi uğur ölkə iqtisadiyyatının enerji satışından əldə edilən gəlirlərinin qeyri-neft sektoruna yönəldilməsi ilə ciddi önəmə sahib olacaq. Məsələyə təhlükəsizlik aspektindən yanaşanda isə, Avropa ilə imzalanan anlaşmanın Azərbaycanın təhlükəsizliyi üçün təminat rolunu oynayacağını demək mümkündür. İndiki real vəziyyətdə Avropanın enerjiyə olan tələbatı Azərbaycanı onun üçün daha cəlbedici hala gətirir.

Hesab edirəm ki, höm Qarabağ münaqişəsinin tam şəkildə bitməsi və Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin imzalanması baxımından, həm böyük nəqliyyat və kommunikasiya imkanlarına nəzarət baxımından Azərbaycan və Avropa arasında imzalanmış anlaşmanın xüsusi əhəmiyyəti var.

Samir Hümbətov-politoloq
Xəbəri paylaş