Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Belarus Rusiya və Azərbaycanla marşrut üzrə yeni sürətli qatar layihəsinə start verib

Belarus Rusiya və Azərbaycanla marşrut üzrə yeni sürətli qatar layihəsinə start verib


Belarus-Rusiya-Azərbaycan marşrutu üzrə yeni sürətli qatar layihəsinə start verilib.

Newscenter.az-ın xəbərinə görə, bunu “Belarus Dəmir Yolları” Dövlət Birliyi rəhbərinin birinci müavini Petr Dulub deyib.

O, qeyd edib ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində İran və Hindistan istiqamətində marşrutlar mövcuddur.

Petr Dulub “Belarus Dəmir Yolları”nın xarici ticarət mallarının çatdırılması üçün alternativ nəqliyyat və logistika zəncirləri üzrə işin prioritetini vurğulayıb. O, qeyd edib ki, Asiya dövlətlərinə daşınmaların həcmi artır, uzaq ölkələrə daşımalar həyata keçirilir. "Belarus Dəmir Yolları" Rusiya ilə fəal işləyir, o cümlədən onun liman imkanlarından istifadə edir.

Anar TAGİYEV
Xəbəri paylaş