Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə azərbaycanlılar arasında atışma olub, 1 nəfər vəfat edib

Türkiyədə azərbaycanlılar arasında atışma olub, 1 nəfər vəfat edib


Türkiyədə azərbaycanlılar arasında atışma olub.

Bu barədə Newscenter.az Türkiyə mətbuatına istinadən xəbər verir.

Məlumata görə, hadisə gecə saatlarında İstanbulda qeydə alınıb. Naməlum şəxslər Azərbaycan əsilli Ceyhun Əkbərova atəş açıblar. Ağır xəsarətlər alan C.Əkbərov hadisə yerində ölüb.

Hadisəni törətməkdə şübhəli bilinən 2 nəfər - Rusiya vətəndaşı L.G. və Azərbaycan vətəndaşı Z.A. hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Onların üzərindən 2 ədəd tapança aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Anar TAGIYEV
Xəbəri paylaş