Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azad edilən ərazilərdə nə qədər mina zərərsizləşdirilib?

Azad edilən ərazilərdə nə qədər mina zərərsizləşdirilib?


Vətən müharibəsi başa çatandan indiyədək azad edilən ərazilərdə zərərsizləşdirilən mina və partlamamış hərbi sursatların sayı açıqlanıb.

“Report”un xəbərinə görə, bunu Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov qurumun yeni loqosunun təqdimatına həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, azad edilən ərazilərdə indiyədək 50 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib:

“67 minə yaxın isə mina və partlamamış hərbi sursatlar zərərsizləşdirilib. Bu gün də bu istiqamətdə davamlı işlər aparılır”.
Xəbəri paylaş