Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sədaqət Vəliyeva: Azərbaycanla İtaliya arasındakı əlaqələr günbəgün inkşaf edir

Sədaqət Vəliyeva: Azərbaycanla İtaliya arasındakı əlaqələr günbəgün inkşaf edir


Bu gün Azərbaycanda həyata keçirilən müdrik, uğurlu, inkşafa və tərəqqiyə hesablanmış xarici siyasət nəticəsində ölkəmiz dünya miqyasında öz nüfuzuna, gücünə və mövqeyinə görə lider ölkələr sırasındadır. Azərbaycanın irəli sürdüyü bütün təşəbbüslər dünya ölkələri tərəfindən dəstəklənir və yüksək qiymətləndirilir. Bütün bunlarla yanaşı Azərbaycanla dünya ölkələri ilə arasındakı mövcud əlaqələr daha da dərinləşir, yeni-yeni müqavilələr imzalanır və ölkəmiz tərəfindən beynəlxalq əhəmiyyətli layihələr həyata keçirilir.

Sentyabr ayının 1-də Azərbaycan prezindeti cənab İlham Əliyevin İtaliyaya səfəri iki ölkə arasındakı mövcud əlaqələrin daha da inkşafı və gələcək perspektivi baxımından xüsusi rol oynayacaq. Əsası 1992-ci ildə qoyulmuş Azərbaycanla İtaliya arasında diplomatik əlaqələr bu günə qədər hər bir sahə üzrə inkşaf edərək “Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”-yə qədər yüksəlmişdir. Ölkələrimiz arasında iqtisadi, ticarət, enerji, nəqliyyat-kommunikasiya sahələri ilə yanaşı elm və təhsil sahəsində də əməkdaşlıq mövcuddur. Xüsusi olaraq qeyd etmək lazımdır ki, ölkə başçısı cənab İlham Əliyevin sentyabrın 1-də Romada İtaliya-Azərbaycan Universitetinin yaradılması haqqında imzaladığı sənəd Azərbaycanla İtaliya arasındakı təhsil sahəsinin daha da inkşafına böyük təkan verəcəkdir.

Bunu Newscenter.az-a Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, İtaliyaya işguzar səfəri çərçivəsində ölkə başçımız cənab İlham Əliyev Çernobbio şəhərində keçirilən 48-ci Beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusuna həsr olunmuş plenar iclasda iştirak və çıxış etdi. Dövlətimizin başçısı Azərbaycanın enerji sahəsindəki həyata keçirdiyi dünya miqyaslı enerji layihələrdən bəhs edərək, bu layihələr nəticəsində Azərbaycanın Avrasiyanın enerji xəritəsini dəyişdirməyi bacardığını diqqətə çatdırdı. Bu gün ölkəmiz tərəfindən həyata keçirilən və müəllifi cənab Prezidentimiz İlham Əliyev olan enerji siyasəti nəticəsində Azərbaycan dünyanın enerji təhlükəsizliyi sahəsində böyük rola malikdir:

“Ümumi olaraq qeyd etmək lazımdır ki, Azərbaycan prezidenti cənab İlham Əliyevin İtaliyaya səfəri iki ölkə arasında əlaqələrin və dostluq münasibətlərinin inkşafına böyük töhvə verəcəkdir”.

Ruhiyyə
Xəbəri paylaş