Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

YAP-ın 30-cu ildönümü ilə əlaqədar fərdi yazı müsabiqəsi elan edilir

YAP-ın 30-cu ildönümü ilə əlaqədar fərdi yazı müsabiqəsi elan edilir


Yeni Azərbaycan Partiyasının yaranmasının 30-cu ildönümü ilə əlaqədar fərdi yazı müsabiqəsi elan edilib.

Newscenter.az-ın məlumatına görə müsabiqənin məqsədi Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin və əbədiyaşar ideyalarının, Prezident İlham Əliyevin müasir çağırışlara və milli maraqlara əsaslanan siyasətinin, qalib xalqın Zəfər partiyası olan Yeni Azərbaycan Partiyasının 30 il ərzində keçdiyi zəngin və şərəfli inkişaf yolunun araşdırılması və təbliğ edilməsi, jurnalistlərin yaradıcı əməyinin qiymətləndirilməsi.

Müsabiqənin mövzuları aşağıdakılardır:

Heydər Əliyev ideyaları – yeni Azərbaycanın dövlətçilik irsi

Yeni Azərbaycan Partiyası – Müzəffər Liderlə yeni zəfərlərə doğru

Yeni Azərbaycan Partiyasının VII Qurultayı: yeni mərhələ, yeni hədəflər

Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal, informasiya agentliyi və rəsmi qeydiyyatdan keçmiş internet media resurslarında) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqəyə təqdim olunan yazılara aid tələblər bunlardır:

1. Dərc olunmuş yazıların sərlövhələri təklif olunmuş mövzulara uyğun olmalıdır.

2. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.

3. Müsabiqə iştirakçılarının yazıları çalışdıqları mətbuat orqanlarında dərc olunmalıdır.


Yazıların qəbulu qaydaları aşağıdakı formada həyata keçiriləcək.


1. Yazının dərc olunduğu mətbuat orqanı (çap varinatı) - 1 nüsxə


2. Yazının Elektron variantı (Times New Roman (12) şriftində - CD diskdə) - 1 nüsxə


3. Yazının A4 formatda çap olunmuş variantı (müəllifin imzası göstərilməməlidir) - 3 nüsxə


4. Yazıların həcmi: 1 səhifə (A3) olmalıdır (9-11 min işarə)


Tələb olunan sənədlər şəxsiyyət vəsiqəsinin sürəti, jurnalist vəsiqəsinin sürəti, şəxsi bank rekvizitləri (hesabın aktiv olması təsdiqlənməlidir)

Qiymətləndirmə meyarları:

- mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;

- materialın oxucu üçün informasiyalılıq dərəcəsi;

- yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;

- jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;

- ictimai maraqların müdafiəsi.

Müsabiqədə iştirak etmək üçün sənədlər Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatına (Bakı şəhəri, S.Senyuşkin küçəsi 26) təqdim edilməlidir.

Müsabiqənin qaliblərinə aşağıdakı məbləğdə mükafatlar veriləcək.

I yer (bir) - 700 manat

II yer (iki) - 500 manat

III yer (üç) - 300 manat

Həvəsləndirici (on) - 200 manat

Müsabiqədə iştirak üçün müraciətlərin qəbulu 07 oktyabr 2022-ci il saat 18:00-dək davam edəcəkdir.

Mehman
Xəbəri paylaş