Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ərdoğan Bosniya və Herseqovinada səfərdədir

Ərdoğan Bosniya və Herseqovinada səfərdədir


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovinada rəsmi səfərdədir.

Newscenter.az-ın məlumatına görə, “Report” “Anadolu”ya istinadən xəbər verir ki, səfər Balkan ölkələrinə ziyarət çərçivəsində baş tutub.

Türkiyə lideri növbəti günlərdə Serbiya və Xorvatiyaya da gedəcək.

Ərdoğan səfər çərçivəsində keçirəcəyi görüşlərdə ikitərəfli əlaqələri, regional sülh, sabitlik və ticarət dövriyyəsinin artırılması ilə bağlı məsələləri müzakirə edəcək.

Eyni zamanda bir sıra müqavilələrin imzalanması nəzərdə tutulub.

Səfərdə Ərdoğanı geniştərkibli nümayəndə heyəti müşayiət edir.

Balkan ölkələrinə səfər sentyabrın 8-dək davam edəcək.
Xəbəri paylaş