"Qarabağ" "Frayburq"a qarşı UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyunu üçün Almaniyaya yollanıb.
Newscenter.az xəbər verir ki, "Report"un məlumatına görə, komandanı aparan təyyarə saat 17:00-da Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşüb. Zədəli Kevin Medina da kollektivlə birlikdə səfərə gedib.
"Köhlən atlar" təxminən 5 saatlıq uçuşun ardından İsveçrənin Bazel şəhərinə çatacaq. Komanda oradan 60 km uzaqlıqda yerləşən Fraybuq im Breisgau şəhərinə gedəcək.
Qeyd edək ki, sentyabrın 8-də "Europe Park" stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.