Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rəşad Nəbiyev Qaxda vətəndaşları qəbul edəcək

Rəşad Nəbiyev Qaxda vətəndaşları qəbul edəcək


Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin 9 sentyabr 2022-ci il tarixində Qax şəhərində Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarının sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişib.

Newscenter.az nazirliyə istinadən xəbər verir ki, Rəşad Nəbiyev adı çəkilən rayonların sakinlərini 12 sentyabr 2022-ci il tarixində saat 10:00-da Qax şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Qax şəhəri, Nəriman Nərimanov pr. 10) qəbul edəcək.

Qəbulda nəqliyyat, telekommunikasiya, o cümlədən internet, televiziya və radio yayımı və poçt xidmətləri sahələrində əhalini maraqlandıran məsələlər dinləniləcək.

Qəbula yazılmaq üçün 11 sentyabr 2022-ci il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Çağrı Mərkəzi” (1655) və elektron poçtu ([email protected]), 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefon vasitəsi ilə qeydiyyatdan keçmək olar.

Sevinc
Xəbəri paylaş