Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyənin 41 şirkəti Bakıda hərbi texnikalarını nümayiş etdirəcək

Türkiyənin 41 şirkəti Bakıda hərbi texnikalarını nümayiş etdirəcək


Türkiyə müdafiə sənayesinin qabaqcıl şirkətlərindən olan STM, habelə daha 40 şirkət Azərbaycanda keçiriləcək müdafiə sənayesi yarmarkalarında hərbi dəniz platformaları və taktiki mini-PUA sistemlərini nümayiş etdirəcək.

Newscenter.az-ın xəbərinə görə, bu gündən 8 sentyabradək Bakı Ekspo Mərkəzində Cənubi Qafqaz və Mərkəzi Asiya regionunun mühüm müdafiə sərgilərindən biri olan Azərbaycanın beynəlxalq müdafiə sənayesi sərgisi “ADEX 2022” keçiriləcək. STM bu il 4-cü dəfə keçiriləcək ADEX sərgisində ilk dəfə kiçik ölçülü milli sualtı qayıq STM500-ü nümayiş etdirəcək.

Türkiyənin son illər böyük irəliləyiş əldə etdiyi müdafiə sənayesində mühüm rol oynayan müdafiə texnologiyaları mühəndisliyi və ticarət şirkəti yenilikçi və milli sistemlərini xaricdə nümayiş etdirməyə davam edir. STM həmçinin Avropa və Asiyada iki mühüm sərgidə yerini tutaraq hərbi dəniz layihələrini və taktiki mini İHA sistemlərini nümayiş etdirəcək.

“ADEX 2022” sərgisində Türkiyədən ümumilikdə 41 müdafiə sənayesi şirkəti – ASELSAN, TUSAŞ, HAVELSAN, OTOKAR, MKE AŞ, ROKETSAN, “Sarsılmaz”, ASFAT, BMC, “Altay Software”, “Armelsan”, ASSAN, “Ata Arms”, “Ayesaş”, “Berkin Engineering”, “BLG Defence”, “Dearsan”, “Dorce”, HTR, İŞBİR, “Karel”, “Kzko”, “Lentatek”, “Maren Robotics”, “Masttech”, MILSOFT, “Nanografi”, “NUROL Technology”, “Profen”, “Sağlam Metal”, “SAHA İstanbul”, “Samsun Yurt Savunma”, SDT, SIMSOFT, STM, TAIS, TARGET ATIS SIS, TİSAŞ, "Titra", TURMAKS və UNIMETAL iştirak edəcək.

Sərgidə həmçinin Türkiyədə istehsal olunan pilotsuz uçuş aparatları, nəqliyyat vasitələri, rabitə infrastrukturları nümayiş olunacaq.

Qeyd edək ki, Türkiyənin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler Azərbaycanda səfərdədir. İşgüzar səfər çərçivəsində ordu generalının "ADEX 2022" dördüncü Azərbaycan beynəlxalq müdafiə sərgisini ziyarət etməsi və bir sıra görüşlərin keçirilməsi planlaşdırılır.

Anar Tağıyev
Xəbəri paylaş