Ukraynada müharibə müddətində 3 Azərbaycan vətəndaşının doğulan uşaqlarına vətəndaşlıq verilib.
Newscenter.az-ın xəbərinə görə, Ukrayna Dövlət Miqrasiya Xidmətindən "Report"un Şərqi Avropa bürosuna verilən açıqlamada bildirilir ki, bunlardan ikisi Ukrayna Prezidentinin sərəncamının "Ukrayna vətəndaşlığına qəbul" ilə bağlı 9-cu bəndinə əsasən baş tutub.
Bir uşaq isə valideynlərindən biri Ukrayna vətəndaşı olduğu üçün avtomatik vətəndaşlıq alıb.
Bu ailələlər müharibə müddətində ölkəni tərk etməyiblər.